Azərbaycan çempionu ən yaxşılara qarşı
31.12.2009 - 00:01
Gələn ilin yanvarında Rusiyanın paytaxtı Moskvada keçiriləcək “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə qatılacaq Tacikistanın “Vaxş” klubu növbəti mükafatını qazanıb. Apasport.az saytının məlumatına görə, yarışın qrup mərhələsində Azərbaycan çempionu “Bakı”nın rəqibi olan Kurqan-Tübe təmsilçisinin üzvləri öz ölkəsinin ən yaxşıları kimi mükafatlandırılıb.
Çempionatın 15 matçında 15 qol vurmaqla ən yaxşı bombardir olan Numon Hakimov mövsümün ən yaxşı futbolçusu seçilib. Bu, Numonun ikinci belə mükafatıdır. O 2007-ci ildə də ən yaxşı seçilmişdi. Tacikistan Futbol Federasiyası 31 yaşlı hücumçunun komanda yoldaşı, bir vaxtlar Rusiyanın “Şinnik” və “Alaniya” klublarında oynamaqla tanınan Rəhmətulla Fuzaylovu ən yaxşı müdafiəçi kimi mükafatlandırıb.
Tacikistanın ən yaxşı məşqçisi adına da “Vaxş”ın çalışdırıcısı layiq görülüb. Əsliddin Həbibullayev yetirmələri kimi yeni ili qalib kimi qarşılayacaq.
Qeyd edək ki, “Bakı” və “Vaxş” “Birlik kuboku”nun yanvarın 16-da keçiriləcək ilk turunda qarşılaşacaq.

0
0