Yığmamız “Real” klubunu darmadağın etdi
30.12.2009 - 16:23
Azərbaycanın 19 yaşlılardan ibarət yığması “Real” klubunu darmadağın edib. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakıda təlim-məşq toplanışında olan yığmamız bu gün keçirdiyi yoxlama oyunda Madrid “Real”ının Bakıdakı adaşının qapısından beş cavabsız top keçirib – 5:0. Həmin komanda Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində həvəskarlardan təşkil olunub. Yığmamızdan Rey Məmmədbəyli dubl edib, digər qolları Tural İsgəndərov, Araz Abdullayev və Elton Yaqublu vurub.
Qeyd edək ki, bu yaş qrupundan ibarət yığmamızı alman mütəxəssis Bernard Lippert çalışdırır.
Qeyd edək ki, bu yaş qrupundan ibarət yığmamızı alman mütəxəssis Bernard Lippert çalışdırır.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0