Milli komandamıza 18 futbolçu çağırıldı
30.12.2009 - 16:54
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti müəyyənləşib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, 2010-cu il yanvarın 4-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək yığmamızın şərəfini 18 futbolçu qoruyacaq.
Bu gün “Real” klubu ilə keçirilən yoldaşlıq oyunundan sonra komandanın baş məşqçisi Bernard Lippert yarışa Andrey Popoviç, Orxan Sadıxlı, Qara Qarayev, Eltun Yaqublu, Tərlan Quliyev, Aleksander Qross, Ruslan Tağızadə, Yasin Yaqubzadə, Amit Quluzadə, Mirhüseyn Seyidov, Abdulla Abatsiyev, Qabil Nurəhmədov, Sabir Ramazanov, Elnur Abdulov, Araz Abdullayev, Tural İsgəndərov, Rey Məmmədbəyli və Rəşad Eyyubovu aparmağa qərar verib.
Qeyd edək ki, milli komanda bu gün “Real”ı 5:0 hesabı ilə məğlub edib.

- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0