Ruslan Abışov Almaniyadan cavab gözləyir
30.12.2009 - 17:48
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, “Neftçi” klubunun şərəfini qoruyan 22 yaşlı müdafiəçi cərrahiyyə əməliyyatı edilə bilər. Hələ “Standard”la oyunda (2:0) zədələnən Ruslan bu üzdən son turda “Simurq”la görüşdə (0:0) komandasına kömək edə bilmədi. Zaqatalaya komandasına mənəvi dəstək vermək üçün yollanan Abışov klubun həkimləri tərəfindən hərtərəfli müayinə olub. Nəticədə müdafiəçinin sağ topuq oynağında qəlpəli sınıq olduğu aşkarlanıb. Bu səbəbdən Ruslanın cərrahiyyə əməliyyatı olunmasına ehtiyac yarana bilər. Bu, Almaniyada baş verəcək və “Neftçi”nin rəhbərliyi Abışovun orada müayinə olunması, ehtiyac yaranarsa əməliyyat olunmasına şərait yaradacaq. Perspektivli futbolçu ilə bağlı son qərar yeni ilin ilk günlərində Almaniyadan gələn cavabdan sonra veriləcək.
Qeyd edək ki, bu il həm “Neftçi”də, həm də yığmamızda inamlı çıxışı ilə diqqəti cəlb edən Ruslanın rumınların – “Timişiora” və “Styaua” klublarının maraq dairəsinə düşmüşdü.
Qeyd edək ki, bu il həm “Neftçi”də, həm də yığmamızda inamlı çıxışı ilə diqqəti cəlb edən Ruslanın rumınların – “Timişiora” və “Styaua” klublarının maraq dairəsinə düşmüşdü.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu
0
0