“Kiyev “Dinamo”sunun əvəzedici komandasında oynaya bilərdim” - MÜSAHİBƏ
31.12.2009 - 01:38
Emin Mustafayev 17 və 19 yaşadək futbolçulardan ibarət yığma komandalarda çıxış edərkən, çoxlarının rəğbətini qazanmışdı. Təsadüfi deyil ki, gənc yarımmüdafiəçi həm U-17-nin, həm də U-19-un kapitan sarğısını daşıyıb. Amma son vaxtlar Mustafayev nədənsə bir qədər kölgədə qalıb. Hazırda daha çox “Qarabağ”ın əvəzedici komandasında çıxış edən, son vaxtlar isə əsas heyətə cəlb edilən gənc futbolçu ilə söhbətimizdə bu məqamlara aydınlıq gətirməyə çalışdıq.
- Əvvəlcə, heyətində daha çox meydana çıxdığın əvəzedici komandanın arxada qalan oyunları barədə fikrini bildirərdin...
- “Qarabağ” həmişə iddialı olub. Ötən mövsüm bəxt amili bizdən üz döndərdi. Komandamız ardıcıl xal itkilərinə yol verdi. Nəticədə çempionluğu “Neftçi” bayram etdi. Yeri gəlmişkən, cərrahiyyə əməliyyatı olunduğumdan, son turlarda meydana çıxa bilmədim. Cari birincilikdə işlərimiz yaxşı gedir. Fasiləyə lider yollanmışıq, ən yaxın izləyicimizi isə 7 xal qabaqlayırıq. Cəmi iki oyunda meydanı xalsız tərk etmişik. Yəni qarşımıza çempion olmaq məqsədi qoyulub. Buna nail olmaq üçün əlimizdən gələni edirik.
- Ötən mövsümlə müqayisədə cari çempionatda rəqabət azalıb, yoxsa əksinə, artıb?
- Premyer Liqa ilə müqayisədə, əlbəttə, səviyyə bir qədər aşağıdır. Ancaq əvəzedici komandalar arasında rəqbət heç də zəif deyil. Belə ki, ötən il çempionluq uğrunda mübarizə əsasən “Neftçi” və “Qarabağ” arasında gedirdi. Ancaq bu il mübarizəyə “İnter”də qoşulub. Ən yaxın izləyicimiz olan “İnter”i 7 xal qabaqlasaq da, oyunlara final ab-havasında çıxırıq. Arxayınlaşmaq mümkün deyil. Bundan başqa, bəzi komandalar orta pillələrdə qərarlaşsa da, liderlərə qarşı ciddi müqavimət göstərmək gücündədirlər. Məsələn, “Qəbələ” fasiləyə 6-cı pillədə yollandı. Ancaq bu komanda həm “Qarabağ”ı, həm də “Neftçi”ni məğlub etməyi bacardı. “İnter”lə isə heç-heçə oynadı.
- Səncə, “Qarabağ”ın əsas rəqibləri hansı komandalardır və qarşıya qoyulan məqsədə nail ola biləcəksinizmi?
- “6-lıq”da məskunlaşan komandaların hamısı güclüdür. O ki qaldı məqsədə nail olub-olmayacağımıza, bunu zaman göstərəcək. Amma çempion olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İnşallah, yayda istəyimizə çatarıq.
- Sən həm də əsas komandada məşq edir, bəzi oyunlarda meydana çıxırsan. Orada vəziyyət necədir?
- Qurban müəllim yaxşı kollektiv formalaşdırıb. Bu gün fikrini öyrəndiyimiz əksər oyunçular “Qarabağ”ın formasını geyinmək istədiklərini deyirlər. Yeganə məqsədimiz çempion olmaqdır. Bunun üçün komandanın potensialı da var. İnşallah, məqsədimizə nail olarıq.
- Təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaqsınız. Sən də həmin hazırlıqda iştirak edəcəksənmi?
- Bu haqda dəqiq nəsə deyə bilmərəm. Çünki qərarı baş məşqçi verir. Türkiyəyə kimlərin aparılacağını bilmirəm. İnşallah, baş məşqçi mənə də etimad göstərib toplanışa aparar.
- Əsas heyətdə gənclərə şans verən komandalardan biri də “Qarabağ”dır. Necə düşünürsən, həmin heyətdə oynamağa hazırsanmı?
- Bilirsiniz, bu ilin ortalarında iki dəfə cərrahiyyə əməliyyatı olundum. Ona görə də özümü tam göstərə bilmədim. Son vaxtlar hazırlıq prosesində tam gücümlə iştirak edirəm. Qurban müəllim “Standard”la oyunda mənə də şans verdi. Necə çıxış etməyim barədə kənardan baxanlar fikir söyləyə bilərlər. Ancaq maksimum dərəcədə səhvsiz oynamağa çalışdım. Bu gün oynamağa tam hazıram. Baş məşqçi nə vaxt şans versə, meydana çıxıb etimadı doğrultmaq gücündəyəm.
- Martdan etibarən “6-lıq”ın oyunları keçiriləcək. Səncə, həmin gərgin görüşlər zamanı Qurban Qurbanov gənclərə etimad göstərəcəkmi? Eyni zamanda gənclər həmin gərginliyə hazırdırlarmı?
- Gənclərin təcrübə toplaması üçün məşqçilər əsasən asan oyunlarda şans verirlər. Çünki təcrübəsiz futbolçuları birdən-birə gərgin oyuna buraxıb “yandırmaq” olmaz. Ancaq Qurban müəllim gənclərə inanır. Məncə, o, gənclərə hər zaman şans verəcək. Komandada hamı eyni məqsəd uğrunda mübarizə aparır. Yayda “Tvente” ilə oyunda Əfran İsmayılov əsas heyətdə yer aldı və ümidləri doğrultdu.
- Sən U-21-in düşərgəsinə çağırılsan da, ehtiyatda qalırsan. Bunun səbəbi nədir?
- Əməliyyatdan sonra artıq formamı bərpa etmişəm. Bernhard Lippert nə vaxt şans versə, oynamağa hazıram. Bu gün baş məşqçi daha çox U-19-dan tanıdığı uşaqlara şans verir. Ancaq şans verilsə, əbəs yerə U-17 və U-19-da kapitan sarğısını daşımadığımı sübut edəcəyəm.
- U-21 keçirdiyi oyunlardan məğlubiyyətlə ayrıldı. Komandanın qələbə qazanmasına nə mane olur?
- Məncə, əsas problem psixoloji hazırlıqla bağlıdır. Yəni komandada istedadlı futbolçular var. Sadəcə, qələbəyə köklənmək lazımdır. Məsələn, Albaniyaya səfərdə uduzmamalı idik. Uda biləcəyimiz oyunda kuryoz qolla məğlub olduq. Ancaq bu problemi gələn il aradan qaldıracağımıza inanıram.
- Emin, 2009-cu ilin son gününü yaşayırıq. Arxada qoyduğumuz il sənin üçün nə ilə yadda qaldı?
- Düzdür, şanssız anlarımız oldu. Lakin ilin sonuna yaxın işlər qaydasına düşdü. Əsas komandada oynamaq imkanı qazandım. Təbii ki, buna sevinməmək mümkün deyil. Həm də müqaviləmin müddətini uzatdım. Qarşıdakı 3 ili də bu komandanın heyətində keçirəcəyəm. Əlbəttə, çalışacağam əsas yığmanın da formasını geyinim. Karyeramı ölkə xaricində davam etdirmək də arzularımdan biridir. Yəni keçmişdə buraxdığım səhvləri təkrar etməməyə çalışacağam. Bir neçə il əvvəl ölkə xaricinə çıxa bilərdim. Amma getmədim.
- Bir qədər də konkretləşdirsək, hansı klubdan təklif var idi?
- Kiyev “Dinamo”sunun məktəbinə qəbul olub, əvəzedicilərində oynamaq şansım var idi. U-17-də çıxış edərkən Türkiyə klublarından da birinin maraq dairəsinə düşmüşdüm. Həmin vaxt Sumqayıtda Tofiq Rzayevin rəhbərliyi altında məşq edirdim. Tez-tez Türkiyə klublarının seleksiyaçı-məşqçiləri gəlib bizim məşqləri izləyirdilər. Sonradan bildim ki, mənimlə maraqlanıblar, amma gec idi. Əlbəttə, şansımı dəyərləndirə bilmədiyimə görə təəssüflənirəm.
Mənbə: “Futbol dünyası” qəzeti

0
0