Tahir Süleymanov nə vaxtadək təkzib edəcək?
02.01.2010 - 13:27
“Neftçi” rəsmiləri komandanın baş məşqçisi postunda dəyişiklik ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, vitse-prezident Tahir Süleymanov Vaqif Sadıqovun türk mütəxəssis Bülənt Uyğunla əvəzlənəcəyini təkzib edib.
“Komandada baş məşqçi dəyişikliyindən söhbət gedə bilməz. Hazırda əsas məqsədimiz komandanı gücləndirməkdir” – deyə Süleymanov bildirib.
Qeyd edək ki, türk mətbuatı Bülənt Uyğunun “Neftçi” klubunun baş məşqçi postuna gətirildiyini yazıb. Məlumata görə, yanvarın 6-da tərəflər arasında rəsmi müqavilə bağlanacaq.
Adəti üzrə maraqlarına uyğun olmayan xəbərləri təkzib edən Süleymanovun özü də yol üstədir. Onun şübhəli “Turan” – “Neftçi” oyunundan sonra necə fəaliyyət göstərdiyi üzə çıxıb. Əkbər Hacıyevin prezident postunda Sadıq Sadıqovla əvəzlənməsindən sonra Süleymanovun da istefaya göndəriləcəyi və yerinə Misir Əbilovun gətiriləcəyi bildirilir.

0
0