“Vaqif Cavadov “Tvente”də əsas heyətə düşəcək”
02.01.2010 - 15:25
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç “Qarabağ”ın forvardı Vaqif Cavadovun Hollandiyanın “Tvente” klubuna transfer olunmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, serb futbolçu bu xəbərə çox sevindiyini bildirib: “İlk dəfə bu xəbəri eşidəndə çox şad oldum. Hətta deyərdim ki, bu mənim üçün xoş bir sürpriz oldu. Vaqifi yaxşı tanıyıram, çox yaxşı futbolçudur. “Tvente”də əsas heyətə düşəcəyinə inanıram. Əgər orada özünü göstərə bilsə, yaxın 1-2 ildə Avropanın nəhəng klublarında forma geyə bilər”.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0