Vaqif Sadıqov: Onlar məni sonacan dəstəkləyəcəklərini dedilər
02.01.2010 - 21:01
“Bülənt Uyğunun “Neftçi”yə baş məşqçi təyin olunacağı barədə mətbuatda xəbərlər yayıldıqdan sonra həm klubumuzun prezidenti Sadıq Sadıqov, həm də vitse-prezidenti Tahir Süleymanov mənimlə əlaqə saxlayaraq, deyilənlərin həqiqətəuyğun olmadığını, mənə güvəndiklərini və sonadək dəstəkləyəcəklərini bildirdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov deyib.
O, yayılan xəbərlərə fikir vermədiyini və hazırda klubun daha da güclənməsiylə məşğul olduqlarını söyləyib: “Hal-hazırda klubun bazasındayam. Bayram olmasına baxmayaraq, biz istirahət etmirik. Bütün diqqətimizi komandanın gücləndirilməsinə yönəltmişik. Heyətimizi fasilə dövründə daha da gücləndirib, istədiyimiz nəticələri qazanmaq arzusundayıq”.

0
0