“Tvente” Vaqif Cavadovu nə üçün transfer edir?
03.01.2010 - 00:07
2009-cu ilin ən yaxşı futbolçusu Vaqif Cavadov holland mətbuatının diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, avropalı həmkarlarımız 20 yaşlı hücumçu ilə bağlı yeni xəbəri oxucularına çatdırıb ki, o da “Tvente”ylə futbolçu arasında razılığın əldə olunmasıdır. Enshede təmsilçisinin texniki direktoru Aldo Van der Laan bildirib ki, Cavadovla danışıqları bitmiş hesab etmək olar və heç bir problem qalmayıb.
Yaxın zamanlarda yeni futbolçusuyla üç illik müqavilə imzalamaq niyyətində olan “Tvente”nin Cavadovu gətirmə niyyətinin səbəbləri də məlumdur. Belə ki, gənc həmyerlimizə bu klubda Blez N’Kufonun sələfi gözüylə baxılır. 2003-cü ildən “Tvente”nin şərəfini qoruyan konqolunun artıq 34 yaşı var və onu layiqincə əvəz edəcək bir oyunçu axtarılır. Enshede klubunda keçirdiyi 191 oyunda rəqib qapılarına 102 dəfə yol tapan N’ Kufonun yerinə gənc Cavadovun gətirilməsi, Vaqifə göstərilən etimadın necə böyük olmasını göstərir. Onu da qeyd etmək lazımdı ki, həmyerlimizin “Tvente”dəki işləri heç də asan olmayacaq. Çünki N’Kufodan başqa bu klubda nə az, nə çox, düz 9 (!) hücumçu var.

0
0