Bülənt Uyğun işləmək istədiyi komandanın adını açıqladı
03.01.2010 - 12:25
“Neftçi” klubunun baş məşqçisi postuna gətiriləcəyi gözlənilən türk çalışdırıcı Bülənt Uyğun işləmək istədiyi komandanın adını açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gənc mütəxəssis bildirib ki, Türkiyə yığmasında baş məşqçi köməkçisi işləməyə hazırdır.
“İndiyədək çox klublardan təklif almışam. Mən hədəfi böyük olan komandada işləmək istəyirəm. Ancaq bu klubların adını açıqlamaq istəmirəm. Bununla belə, milli komandada baş məşqçi köməkçisi işləməyə hazıram” – deyə Uyğun əlavə edib.
Uyğun milli komandamın əcnəbi mütəxəssisə tapşırılmasına qarşı çıxıb. Onun fikrincə, “ay-ulduzlu” komanda indiyədək bütün uğurları yerli məşqçilərin rəhbərliyi altında qazanıb: “Bu səbəbdən də bizə əcnəbi çalışdırıcı lazım deyil”.

0
0