Uyfaluşi “Qalatasaray”da?
03.01.2010 - 12:50
Uyfaluşi “Qalatasaray”da?
“Qalatasaray” rəhbərliyi Əli Turan və Gökhan Ünalla yanaşı, daha bir futbolçunu transfer etmək istəyir. Apasport.az saytının türk mətbuatına istinadən xəbərinə görə, “Cim Bom” Madridin “Atletiko” klubunun müdafiəçisi Uyfaluşini sıralarına qatmaqda israrlıdır. Bu məqsədlə komandanın Futbol Şöbəsinin rəhbəri Haldun Üstünəlin İspaniyaya yollanıb, futbolçu ilə danışıqlara başlayacağı gözlənilir.