Adnan Bərəkət transferindən danışdı
03.01.2010 - 15:17
Adnan Bərəkət transferindən danışdı
“Mənim “Bakı”nı seçməyimdə pulun da rolu olub. Hər bir futbolçu mümkün qədər daha çox qazanmaq istəyir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı”nın yeni transferi Adnan Bərəkət deyib.

Hollandiya mətbuatına verdiyi açıqlamada təcrübəli futbolçu Hollandiya ilə Azərbaycan çempionatlarını müqayisə edib: “Azərbaycan çempionatının səviyyəsi yüksəkdir. Hətta mən deyərdim ki, elə Hollandiyanın birinci liqası ilə eyni səviyyədədir. Sözün açığı, əvvəllər Bakının harada yerləşdiyini bilmirdim. Amma son 10 gün ərzində iki dəfə orada oldum və şəhəri çox bəyəndim”.