Hacıyevski 1 xala sevindi
04.01.2010 - 14:23
Hacıyevski 1 xala sevindi
“Bakı”nın və milli komandamızın sabiq baş məşqçisi Qyoko Hacıyevskinin çalışdırdığı Kiprin “Atromitos” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Hacıyevskinin yetirmələri səfərdə “Frenaros FC 2000” klubunun qonağı olub. Qarşılaşmada qapılara top vurulmayıb.

Bununla da dördüncü oyununda makedoniyalı mütəxəssisin komandası ilk dəfə xal itkisiylə üzləşib. Lakin əvvəlki 3 oyunda olduğu kimi, bu dəfə də onun komandası qapısının toxunulmazlığını qoruyub. Səfərdə qazanılan 1 xal sayəsində Hacıyevskinin komandası turnir cədvəlində beşinci pilləyə yüksəlib. Hazırda 22 xalı olan “Atromitos” növbəti oyununu evdə “Nisou” klubuna qarşı keçirəcək.