“Olimpik-Şüvəlan” klubu Antalyada 3 yoxlama görüşü keçirəcək
04.01.2010 - 14:26
“Olimpik-Şüvəlan” klubunun hazırlıq planları məlum olub. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusunun tərtib etdiyi plana əsasən komanda məşqlərə yanvar ayının 5-də start verəcək.
Bu müddət ərzində “təyyarəçi”lərin 3 yoxlama görüşü keçirməsi də nəzərdə tutulur. Hazırlığın ikinci mərhələsi isə Türkiyədə keçiriləcək. "Olimpik-Şüvəlan" yanvarın 14-27-si aralığında Antalyada olacaq və 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Rəqib komandaların kimliyinə yaxın günlərdə aydınlıq gələcək.

0
0