Milli komandamız beynəlxalq turnirə heç-heçə ilə başladı
04.01.2010 - 14:55
Milli komandamız beynəlxalq turnirə heç-heçə ilə başladı
19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb. Apasport.az saytının xəbərinə görə. turnirin açılış matçında yığmamız bu gün Ukrayna il üz-üzə gəlib. Az öncə başa çatan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Yığmamızın heyətində Elnur Abdulov fərqlənib.

Komandamız növbəti oyununu yanvarın 6-da Türkiyəyə qarşı keçirəcək.