Rəşad Sadıqov türk klubunun arzusunu gözündə qoydu
04.01.2010 - 15:29
Rəşad Sadıqov türk klubunun arzusunu gözündə qoydu
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov Türkiyənin “Karabükspor” klubunda oynamayacaq. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz qardaş ölkənin birinci liqasında mübarizə aparan komandanın formasını geyinməkdən imtina edib.

Yeni il öncəsi İstanbula səfər edən Sadıqov orada “Karabükspor"” rəsmiləri ilə görüşüb və bildirib ki, “Qarabağ”la müqaviləsi olduğundan, klubu tərk etmək istəmir.