Mübariz Mənsimov: Komandamı söyəni həbsə atdıraram!
04.01.2010 - 16:03
“Palmali” Şirkətlər Qrupunun prezidenti, “Xəzər-Lənkəran” klubunun sahibi Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz jurnalistlərin “Beşiktaş”la bağlı “Prezident olmaq istərdinizmi” sualını cavablandırarkən bildirib ki, Azərbaycanda rəhbərlik etdiyi komanda var.
“Mən köhnə idmançıyam, idman insana düzlük gətirməlidir. Türkiyədə təhqiramiz ifadələri anlaya bilmirəm. Azərbaycanda futbol komandam var, biri söysə həbsə atdıraram” – deyə Mənsimov əlavə edib.
Mənsimov oyunlar zamanı təəssüfləndiyi məqamlara da münasibət bildirib: “İnsanların anasına, öləninə söyürlər. Böyük cahillik var Türkiyədə. “Beşiktaş” tərəfdarı adına da bu baxımdan təəssüf edirəm. Əziz Yıldırım da dostumdur. Meydandan kənarda yaşananlar psixopatlıqdır”.

0
0