Yığmamızın baş məşqçisi: Fasilədən sonra rəqibimizdən üstün oynadıq
04.01.2010 - 19:18
Yığmamızın baş məşqçisi: Fasilədən sonra rəqibimizdən üstün oynadıq
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə bu gün keçirilən Azərbaycan – Ukrayna oyunundan sonra yığmamızın baş məşqçisi Bernhard Lippert fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, Lippert oyunun maraqlı və gərgin keçdiyini söyləyib: “Birinci və ikinci hissə bir-birindən fərqləndi. Fasilədən sonra rəqibimizdən üstün oynadıq. Hesabı bərabərləşdirdikdən sonra ən azı 2 dəfə qol vurmaq üçün 100 faizlik şansımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik”.