Maşallah Əhmədovun adı ölüm işində
04.01.2010 - 19:42
Ötən il dekabrın 30-da Bakıda Həsən Əliyev küçəsində qumbara ilə özünü partladaraq intihar edən Rasim Əliyevlə problemi olan şəxs tanınmış futbolçu Maşallah Əhmədovdur. Bunu apasport.az saytına açıqlamasında Əhmədovun özü də təsdiq edib.
O deyib ki, əslində, hadisə söylənilən kimi deyil: “Mənim Rasim Əliyevə deyil, Rasim Əliyevin mənə borcu olub. Bu barədə hüququ-mühafizə orqanlarına verdiyim izahatda da ətraflı bildirmişəm”.
Veteran futbolçu deyib ki, o, Rasim Əliyevə “Mercedes” markalı avtomaşın satıb: “Mən 1988-ci il buraxılışlı bu maşını ona bank vasitəsilə satmışam. Onun isə həm mənə, həm də banka borcu olub. Amma indi hadisə barədə yanlış məlumatlar dolaşır, guya ki, mənim ona borcum olub. Əslində, belə bir şey yoxdur. Onunla da aramızda heç bir problem olmayıb”.
Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə açıqlaması da yayılıb. Məlumatda bildirilib ki, dekabrın 30-da saat 18:30 radələrində əlində silah olan şəxsin paytaxtın Həsən Əliyev küçəsi boyu qaçması barədə bu ünvana yaxın ərazidə yaşayan Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşı Ruslan Dəmirçiyev tərəfindən Nazirliyin «102» zəng mərkəzinə məlumat verilib.
Polis leytenantı Ruslan Dəmirçiyev, həmin şəxsin silahlı olması səbəbindən onu dayandırmaq məqsədilə izləsə də, naməlum şəxs təqibdən yayınmağa cəhd göstərərək polis əməkdaşına atəş açmaq istəyib. Lakin «102» xidməti tərəfindən hadisə yerinə göndərilmiş Çevik Polis Alayının patrul avtomobillərini görüb zərərsizləşdiriləcəyini anlayan silahlı şəxs üstündəki əl qumbarasını partladaraq intihar edib.
Partlayış nəticəsində polis əməkdaşı Ruslan Dəmirçiyev sol ayağından qəlpə yarası alıb.
Dərhal hadisə yerinə çıxmış Nərimanov rayon polis idarəsinin və
prokurorluğunun rəhbərliyi, habelə istintaq-əməliyyat qrupu tərəfindən cinayətin törədildiyi yer müayinə olunub və oradan 6 ədəd patronu olan «Makarov» tipli tapança, «UZRQM» markalı qumbara fitilinin qulpu, içərisində bıçaq olan əl çantası, qara idman papağı, bir cüt əlcək və iş üçün əhəmiyyət kəsb edən sair əşyalar götürülüb. Meyitin əynindəki şalvarın arxa cibində Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuş Əliyev Rasim Şəmiddin oğlunun adına olan şəxsiyyət vəsiqəsi və ayrı-ayrı şəxslərə pul borcunun olması barədə qeydlər aparılmış dəftər aşkar edilib.
Fakt üzrə Nərimanov rayon prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
İlkin araşdırmalarla tapılmış vəsiqənin intihar etmiş şəxsə - Rasim Əliyevə məxsus olması müəyyənləşdirilib. İntensiv həyata keçirilən istintaq-əməliyyat tədbirləri onu da göstərib ki, fərdi tikinti işləri ilə məşğul olan Rasim Əliyev Sulutəpə qəsəbəsində inşa etdiyi evin sənədləşdirilməsi məqsədilə Bakı şəhər sakini Maşallah Əhmədova verdiyi 15 min manat məbləğdə pulunu geri ala bilməməsi ilə əlaqədar həmin gün tapança və qumbara ilə silahlanaraq hadisənin baş verdiyi yerə yaxın ərazidə yaşayan sonuncudan qisas almaq istəyib.

0
0