“İnter” makedoniyalı futbolçu ilə anlaşdı
04.01.2010 - 20:06
İtaliyanın "İnter" klubu makedoniyalı hücumçu Qoran Pandev ilə müqavilə bağlayıb. Apasport.az saytının xəbərinə görə, müqavilə 2014-cü ilədək nəzərə tutulub.
"Latsio"nun keçmiş futbolçusu yeni komandasında 27 nömrəli forma ilə çıxış edəcək. Təqdimat mərasimi isə çərşənbə gününə planlaşdırılıb.
Pandev ilk dəfə Makedoniyadan İtaliyaya 2001-ci ildə elə "İnter"lə müqavilə bağladıqdan sonra gəlsə də, o vaxt komandanın əsas heyətində heç bir oyun keçirməmiş və dərhal “Spetsii” və “Ankon” klublarına icarəyə verilmişdi. 2004-cü ildən “Latsio”da oynayan makedoniyalı futbolçu 2009-cu ilin dekabrından Roma klubu ilə müqaviləsinə son verib.

0
0