Şahin Diniyev üçün baş məşqçi
05.01.2010 - 00:00
Tanınmış belaruslu mütəxəssis Anatoli Baydaçnı rəsmən Qroznının “Terek” klubunun baş məşqçisi təyin edilib. Apasport.az saytının xəbərinə görə, milli komandamızın sabiq çalışdırıcısı Şahin Diniyev isə onun köməkçisi olacaq. Bu təyinatlar dünən rəsmiləşib. Artıq bu gün hər iki mütəxəssis birlikdə komandanın Kislovodskdakı təlim-məşq toplanışına start verəcək.
Bununla yanaşı, qroznılılar ötən mövsümü Nalçik “Spartak”ında keçirən braziliyalı müdafiəçi Antoni Ferreyrayla üç illik müqavilə də imzalayıb.
Bununla yanaşı, qroznılılar ötən mövsümü Nalçik “Spartak”ında keçirən braziliyalı müdafiəçi Antoni Ferreyrayla üç illik müqavilə də imzalayıb.
0
0