“Muğan”ın oyunçusu Azərbaycan futbolunda ilkə imza atdı
05.01.2010 - 10:43
Salyanın “Muğan” klubunun futbolçusu Narsis Yameoqo Azərbaycan futbolunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu dünya və ya qitə çempionatlarının final mərhələsində Azərbaycan futbolunu təmsil edən ilk futbolçudur.
Belə ki, Narsis Afrika Millətlər Kubokunun final mərhələsində çıxış edəcək Burkina-Faso yığmasının heyətində yer alıb. Yanvarın 10-dan 31-dək Anqolada keçiriləcək qitə birinciliyinin 23 nəfərlik iştirak ərizəsində adı olan hücumçu Kot-d’ivuar, Toqo və Qana ilə eyni qrupda mübarizə aparacaq komandasına kömək etməyə çalışacaq. Narsisin oynadığı yığma bu rəqiblərlə müvafiq olaraq ayın 11-i, 15-i və 19-da qarşılaşacaq.
Qeyd edək ki, Narsis 2009-cu ilin yayından “Muğan”da çıxış edir.

0
0