Yığmanın futbolçusunun dırnaqları çıxarıldı
05.01.2010 - 10:50
Yığmanın futbolçusunun dırnaqları çıxarıldı
Fransalı futbolçu Frank Riberi şərəfini qoruduğu “Bavariya” klubunun Dubay şəhərində keçirilən təlim-məşq toplanışının əvvəlini buraxmaq məcburiyyətində qalıb. Apasport.az saytının məlumatına görə, buna səbəb 26 yaşlı yarımmüdafiəçinin ayağından aldığı zədədir.

Dubay toplanışı öncəsi son məşqdə Riberinin hər iki ayağının barmaqları əzilib. Həkimlərin müayinəsindən sonra onun dırnaqlarının çıxarılmasına qərar verilib.

Qeyd edək ki, Fransa milli komandasının da üzvü olan Frank dizindəki zədə ucbatından cari mövsüm 2 ay forma geyinə bilməmişdi.