“Adamiyanı 2 il əvvəl almaq istəyirdim, indi yox!”
05.01.2010 - 11:17
“Georgi Adamiya klubsuz qalanda jurnalistlər onu mənim yanıma göndərirlər. Bu, artıq iki ildir davam edir. Ancaq hələ də ortada bir şey yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Mircavadovun “Bakı” klubunun yollarını ayırdığı Georgi Adamiyanın ölkəmizə gəlişində böyük rolu olub. Belə ki, gürcüstanlı futbolçu 2005-ci ilin qışında məhz onun təşəbbüsü ilə “Neftçi”yə transfer olundu və “Birlik kuboku”nun bombardiri olmaqla, öz sözünü dedi. Karyerasının ən yaxşı dövrünü “Neftçi”də məhz Mircavadovun rəhbərliyi altında keçirən Adamiyanın “Xəzər-Lənkəran”a keçməsi haqda hələ ötən il söz-söhbətlər gəzirdi. Ancaq həmin vaxt müqaviləsi olan Adamiya “Bakı”da qalası olmuşdusa, indi anlaşması bitdiyi üçün sərbəst futbolçudur.
Bununla belə, Mircavadov 29 yaşlı legioneri sərəncamında görmək istəmir: “Adamiyanın müqavilə bitibsə, harasa gedirsə, Allah xeyir versin. Mən onu iki il əvvəl almaq istəyirdim. Ancaq indi Adamiya transfer planlarımıza daxil deyil. Düzdür, Georgini vaxtilə mən gətirmişəm, mənim vaxtımda “Neftçi”də yaxşı oynayıb, Azərbaycanda məşhurlaşıb. O, həmin vaxt futbol oynayırdı. Ancaq komandamdan gedəndən sonra Adamiyanın oyununu elə də görməmişəm. İstənilən halda, onunla maraqlanmırıq. Ən əsası, ona görə ki, onun mövqeyində futbolçularımız var. İstər yerli, istərsə də xarici futbolçu olsun. Onlar olan yerdə niyə Georgini almalıyıq ki?”
Qeyd edək ki, Adamiya ilk Azərbaycan çempionluğunu 2005-ci ilin iyununda Mircavadovun çalışdırdığı “Neftçi”də qazanıb.

0
0