“Bakı”nın müdafiəçisi Yunanıstan və Kipr arasında seçim edir
05.01.2010 - 11:56
Azərbaycan çempionu Aleksandr Tomovski Yunanıstan və Kipr klublarının maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun heyətində ölkə çempionu adını qazanan 32 yaşlı bolqarıstanlı vətəninə qayıtmaq niyyətində deyil.
Belə ki, bakılılarla yollarını ayıran müdafiəçi təklif aldığı Yunanıstan və Kipr klublarından birində oynamaq istəyir. Bolqarıstan mətbuatının yazdığına görə, “Bakı” ilə müqaviləsi hələ bitməyən Tomovski azad agent statusu aldığından bu klublardan birinə sərbəst keçəcək.
Qeyd edək ki, daha çox Tomaş soyadı ilə tanınan futbolçu 2008-ci ilin yayından şərəfini qoruduğu “Bakı”nın heyətində 23 çempionat oyununa çıxıb.

0
0