Dos Santos “Karvan”a gəlir
05.01.2010 - 12:00
“Karvan” rəhbərliyi daha bir futbolçunu baxışa çağırıb. Apasport.az saytının məlumatına görə, Yevlax klubunun məşqçi korpusu braziliyalı Tyaqo Roşa Dos Santosu sınayacaq. 27 yaşlı müdafiəçi öz ölkəsində "Vitoria de Konkuista" komandasının şərəfini qoruyur. Onun bu həftə “Karvan”ın düşərgəsinə qatılacağı gözlənilir. Yeri gəlmişkən, yevlaxlılar qış təlim-məşq toplanışına yanvarın 8-də start verəcəklər. Hazırlığın ilkin mərhələsini Bakıda keçiriləcək.
Qeyd edək ki, son günlər “Karvan”dan 3 futbolçu - türkmənistanlı qapıçı Pavel Xarçik, kot d’İvuarlı hücumçu Yakuba Bamba və litvalı müdafiəçi Edvinas Lukaşeviçius ayrılıb.
Mənbə: pfl.az
Qeyd edək ki, son günlər “Karvan”dan 3 futbolçu - türkmənistanlı qapıçı Pavel Xarçik, kot d’İvuarlı hücumçu Yakuba Bamba və litvalı müdafiəçi Edvinas Lukaşeviçius ayrılıb.
Mənbə: pfl.az
0
0