“Yuventus”dan “Bakı”ya!
05.01.2010 - 12:47
“Bakı” İtaliyanın “Yuventus” klubunun futbolçusu David Toukamı baxışa çağırıb. Bu haqda apasport.az saytına paytaxt komandasının vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, 19 yaşlı kamerunlu legionerlə Türkiyədə görüşəcəklər.
Hazırda Antalyada təlim-məşq toplanışında olan son Azərbaycan çempionu “Yuventus” kimi klubdan oyunçu transfer etməklə, futbol tariximizdə ilkə imza atmağa iddialıdır. Afşar bildirib ki, menecerlərin təklif etdiyi Toukamın oyununu izləsələr də, bu, yetərli deyil: “Baş məşqçimiz Bülənt Korkmazın istədiyi kimi futbolçunu canlı görmək istəyirik. Bu səbəbdən Davidin oyunları olan diskləri izləməklə kifayətlənmədik. Onun oyunu yaxşı təəssürat oyatsa da, iş başında görüb, sınaqdan keçirəcəyik. Bu məqsədlə kamerunluya dəvət göndərmişik. Bunu qəbul edən Toukam biletini özü alaraq düşərgəmizə gəlir. O, bu axşam Antalyada olmalı, sabah isə məşqə çıxmalıdır. David 4 ildir “Yuventus”un əvəzedici komandasında çıxış edir. 1990-cı il təvəllüdlü Toukam Kamerunun 19 yaşlılardan ibarət yığma komandasının üzvüdür. Dayaq yarımmüdafiəçidir ki, bizə də mövqeyə futbolçu lazımdır”.
Qeyd edək ki, Davidin bu ilin noyabrın 17-də 20 yaşı tamam olacaq.

0
0