Azərbaycanda oynamış futbolçular üçün “ABC”
05.01.2010 - 13:09
Azərbaycanda oynamış futbolçular üçün “ABC”
Azərbaycanda oynamış braziliyalı futbolçular özlərini yeni komanda tapıblar. Apasport.az saytının məlumatına görə, Yevlaxın “Karvan” klubunun sabiq futbolçusu Dias Kleyton və “Qəbələ”nin keçmiş oyunçusu Tyaqu Enrike da Silva 2010-cu ildən etibarən eyni komandada çıxış edəcəklər.

Braziliyalılar vətənlərində “ABC” klubu ilə anlaşıblar. Norte-Rio-Qrande ştat birinciliyində çıxış edən “ABC” yeni mövsümün startı ərəfəsində 34 yaşlı Dias və 24 yaşlı Tyaqunu sıralarına qatmaqla heyətini gücləndirmək niyyətindədir.

Qeyd edək ki, Dias 2005/06, Tyaqu isə 2008/09 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edib.