“Neftçi” sabahdan hazırlığa başlayır
05.01.2010 - 13:15
Qış fasiləsi ilə əlaqədar istirahətdə olan “Neftçi” klubunun futbolçuları yanvarın 6-dan etibarən tibbi müayinədən keçəcəklər. Apasport.az saytının xəbərinə görə, yanvarın 9-da isə hazırlığa start veriləcək.
Komanda üzvləri ayın 16-dək Bakıda, 18-dən 28-dək isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcəklər. Hazırlıqda ötən il əvəzedici heyətlə çempionluq yaşayan “Neftçi”nin yetirmələrindən Araz Abdullayev, Mirhüseyn Seyidov, Tərlan Quliyev, Amit Quluzadə, Rəşad Hüseynov, Kamil Nurəhmədov, Eltun Yaqublu, Emin Mehtiyev, həmçinin icarə əsasında “Karvan”da oynayan futbolçular - Emin Cəfərquliyev, Cavid İmamverdiyev və Orxan Həsənovun da iştirak etməsi nəzərdə tutulub.

0
0