“Neftçi” itkin düşən futbolçusunu tapdı: Karlos Bakıya qayıdır
05.01.2010 - 13:26
Beş aylıq fasilənin ardından “Neftçi”nin futbolçusu Joze Karlos Bakıya qayıdır. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, braziliyalı hücumçu yanvarın 12-də paytaxtımıza dönəcək. Artıq “Neftçi” rəhbərliyi 23 yaşlı oyunçu ilə əlaqə saxlayıb. Joze Karlos flaqmanın bu ay keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcəyini bildirib.
Xatırladaq ki, əcnəbi futbolçu ötən il avqustun 22-də, Premyer Liqanın II turunda “Turan”la matçda zədələnib. Bundan sonra müalicə üçün vətəninə yollanan Joze Karlos zədəsini sağaltsa da, qeyri-müəyyən səbəbdən “Neftçi”yə qayıtmaq istəmirdi. Onun flaqmanla 2011-ci ilin fevralınadək müqaviləsi var.

0
0