Jaba qayıtdı, Fabio da qayıdır
05.01.2010 - 13:32
Jaba “Bakı” klubunun düşərgəsinə qayıdıb. Bu barədə apasport.az saytına komandanın vitse-prezidenti Tunc Afşar məlumat verib. Onun sözlərinə görə, ailə problemləri ilə əlaqədar bir müddət əvvəl vətəninə yollanmış 29 yaşlı braziliyalı hücumçu Antalyada klubun hazırlıq prosesinə qatılıb.
Hələ dekabrın ortalarında ailə problemləri ilə əlaqədar icazə alaraq Braziliyaya yollanan Jaba Premyer Liqanın son iki turunda qolsuz heç-heçə ilə nəticələnən “Olimpik-Şüvəlan” və “Qarabağ”la görüşlərdə iştirak edə bilməmişdi. Afşar milli komandamızın da üzvü olan braziliyalı Fabio Luis Ramimin yolunu gözlədiklərini bildirib: “Fabio Azərbaycan yığmasının oyunları ilə əlaqədar yayda vətəninə gedə bilməmişdi. Bunu nəzərə alıb, onun bir qədər çox istirahət etməsinə imkan yaratdıq. Sabah düşərgəmizdə olacaq. Yeni braziliyalı futbolçularımızdan Adriano artıq komandadadır. Onun həmyerlisi Venyo bu axşam sıralarımıza gəldikdən sonra müayinədə olacaq. Yeni futbolçularımızdan Adnan Bərəkət artıq məşqlərimizdə iştirak edir. Hollandiyalı legionerimiz çox yaxşı təsir bağışlayır”.
Antalyanın "Papillon Belvil" otelində məskunlaşan “Bakı” yanvarın 9-da yoldaşlıq oyunu keçirməyi planlaşdırır: “İlk rəqibimiz “Karşıyaka” olacaq. İzmiri təmsil edən bu komanda birinci liqada çıxış edir. Digər görüşü yanvarın 12-də keçirməyi planlaşdırmışıq. Burda olan komandalar bizimlə oynamağı çox istəyirlər. Seçim etdikdən sonra qərarımızı verəcəyik”.
Qeyd edək ki, “Bakı” yanvarın 14-də Antalyadakı hazırlıq prosesini başa vurub, Moskvaya yollanacaq. “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində ölkəmizi təmsil edən komandamız ilk görüşünü 16-da Tacikistanın “Vaxş” klubu ilə keçirəcək.

0
0