Azərbaycan yığması 13 futbolçu ilə qalıb
05.01.2010 - 13:40
Azərbaycan yığması 13 futbolçu ilə qalıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası təlim-məşq toplanışına başlayıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Oliver Pelzer yetirmələrinə yanvarın 9-dək təlim keçəcək.

Almaniyalı çalışdırıcı Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edən U-19-la birgə Rusiyada olan Orxan Sadıxlı, Ruslan Tağızadə, Aleksandr Qross, Abdulla Abatsiyevi toplanışa çağıra bilməyib. Bu səbəbdən mütəxəssis hazırlıqlara cəmi 13 oyunçu - Emil Balayev, Akif Tağıyev, Slavik Alxasov, Kazım Kazımlı, Emil Məmmədov, Ramil Mansurov, Nuran Qurbanov, Məqsəd İsayev, Emin İbrahimov, Vasif Rzayev, Elşən Abdullayev, Tural Mustafazadə və Mehdi Mehdiyevi cəlb edib.