“Frayburq”dan üz çevirdi, Azərbaycan çempionuna rəqib oldu
05.01.2010 - 14:24
“Frayburq”dan üz çevirdi, Azərbaycan çempionuna rəqib oldu
“Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda əsas rəqiblərindən olan Qazaxıstanın “Aktobe” klubu heyətini gücləndirir. Apasport.az saytının məlumatına görə, Qazaxıstan yığmasının yarımmüdafiəçisi Sergey Skorıx Almaniya Bundesliqasından gələn təklifi qəbul etməyib, Azərbaycan çempionuna rəqib olacaq.

Bunun üçün Sergey baxışdan uğurla keçdikdən sonra “Aktobe” ilə münasibətlərini rəsmiləşdirməlidir. Mövsüm bitəndən sonra “Tobol” klubunda qalmaq istəməyən Skorıx nəinki komandasını, çıxış etdiyi ölkəni də dəyişmək niyyətində olduğunu bildirib. Ona Bundesliqa təmsilçisi “Frayburq”la yanaşı, Rusiya Premyer Liqasına çıxan Novosibirskin “Sibir” klubları da elçi düşsə də, hər iki variantdan üç çevirib. Skorıx Türkiyəyə yollanaraq, orada hazırlıq keçən “Aktobe”yə qoşulub.

Qeyd edək ki, Qazaxıstanın son illərdə dəyişməz çempionu qrupda son oyununu yanvarın 19-da “Bakı” ilə keçirəcək.