“Qalatasaray” axtardığını tapdı
05.01.2010 - 18:02
“Qalatasaray” axtardığını tapdı
“Qalatasaray” portuqaliyalı müdafiəçi Rikardo Koştanı transfer edir. Apasport.az saytının məlumatına görə, “Cim Bom” rəhbərliyi 28 yaşlı futbolçunun 2007-ci ildən çıxış etdiyi Almaniyanın “Volfsburq” klubu ilə transfer məbləğini razılaşdırıb.

“Qalatasaray” rəsmisi Haldun Üstünəl sabah Rikardo ilə bir araya gələcək və bundan sonra keçidin rəsmiləşəcəyi gözlənilir. İstanbul təmsilçisi iki aydır həyata keçirmək istədiyi Koştanın transferinə görə elə də böyük məbləğ ödəməyəcək. “Qalatasaray”ın təklifini məmnunluqla qarşılaşan portuqaliyalı Üstünəllə sözləşmə imzalayacaq və ən yaxın müddətdə Türkiyəyə gələcək.

12 illik peşəkar karyerasına “Porto”da başlayan Rikardo əsas komandada (2001-2007-ci illər) 4 dəfə ölkə çempionluğu, 3 dəfə ölkə kuboku və ölkə Superkuboku, Çempionlar Liqasını, UEFA kubokunun qalibi olub. O, ötən il Almaniya çempionu olduğu “Volfsburq”un heyətində cari mövsümdə 10 oyun keçirib. Koşta milli komandasının heyətində 6 dəfə forma geyib.