Georgi Adamiya: Onsuz da “Bakı”dan getmək istəyirdim
05.01.2010 - 18:32
“Bakı”nın mənimlə yollarını ayırması mənim üçün də gözlənilməz oldu. Vətənimə yeni müqavilə ilə bağlı təklif alacağım fikri ilə yollanmışdım. Ancaq bu, baş vermədi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun sabiq futbolçusu Georgi Adamiya deyib.
Müqaviləsi bitdiyi paytaxt komandasından yeni müqavilə gözləyən 29 yaşlı gürcü hücumçu bunun baş verməməyinə təəccüblənib. Adamiyanın sözlərinə görə, hesabat turunda “Qarabağ”la oyundan sonra onunla vidalaşmaqla bağlı söhbət olmayıb: “Həmin vaxt bizi yığaraq, Yeni il bayramımız təbrik etdilər. Müqavilə məsələsini Yeni ildən sonra müzakirə etməli idilər. Mən də buna hazır olduğumu demişdim. Ancaq bir neçə gün sonra internetdə oxudum ki, mənimlə müqaviləni uzatmaqdan imtina ediblər. Əvvəlcə bu informasiyaya inanmasam da, sonradan klubdan bunu doğru olduğunu təsdiqlədilər. Bir az təəccüblənsəm də, heç kimlə mübahisə, nəyisə sübut etmədim. Hər halda, müqaviləmin müddəti bitmişdi və klub rəhbərliyinin istənilən qərarı qəbul etmək hüququ var”.
Georginin sözlərinə görə, “Bakı”nı əvvəldən tərk etmək istəyirmiş: “Etiraf edim ki, buna qədər rəhbərliklə bir neçə dəfə görüşmüş və komandadan getmək istədiyimi demişdim. Deyə bilmərəm ki, nə isə məni qane etmirdi. Sadəcə, ab-havanı dəyişmək istəyirdim. “Qarabağ”la oyundan sonra mənə rəsmi də olmasa, qalmağı təklif etmişdilər. Mən də razılaşıb, yanvarın 3-nə Bakıya bilet almışdım. Paralel olaraq xarici variantları da fikirləşirdim. Fikirləşirdim ki, təlim-məşq toplanışına “Bakı”da başlayıb, sonradan yekun qərar qəbul edəcəyəm. Eşitdiyimə görə, klubun planları son anda dəyişdiyi üçün haqqımda belə qərar çıxarıldı. Yəqin ki, hər şeyin belə olması daha yaxşıdır”.
Qeyd edək ki, Adamiya “Bakı”da çıxış etdiyi ötən ildə ölkə çempionluğunu qazandı.
Mənbə: Extratime.az

0
0