Məşhur futbolçu dördüncü dəfə boşandı
06.01.2010 - 11:45
Məşhur futbolçu dördüncü dəfə boşandı
Almaniya futbolunun əfsanələrindən olan Lotar Matteus 4-cü dəfə boşanıb. Apasport.az saytının məlumatına görə, 48 yaşlı veteran futbolçu özündən 26 yaş kiçik həyat yoldaşı Liliana ilə ayrılıb.

22 yaşlı ukraynalı model bunu təsdiqləsə də, səbəbini şərh etməkdən imtina edib: “Matteusdan ayrılmaq mənim üçün çox ağrıdıcıdır. Ancaq bizim münasibətlərdə üçüncü şəxsin rolu yoxdur”. Münhendən evindən çıxarılan Liliana Matteusla toyuna qədər valideynləri ilə birgə yaşadığı evə qayıdıb. Lotar “Playbol” jurnalında çəkilən fotomodellə 2007-ci ildə tanış olsa da, cütlüyün münasibətləri 2009-cu ilin yanvarın 1-də Las-Veqasda rəsmiləşib.

Matteusun ilk həyat yoldaşı 47 yaşlı Silviya olub. Onların nigahı 1981-ci ilin iyulundan 1992-ci ilin dekabrına kimi davam edib. Bu nigahdan iki qızı olan Matteusun ikinci evliliyi İsveçrənin keçmiş gözəli Lolita Moreno ilə olub. Lotar televiziyada aparıcı olan Lolita ilə 1994-1999-ci ilə birgə yaşayıb və onların Loris adlı oğulları var. Əfsanəvi futbolçu üçüncü həyat yoldaşı Mariana Kostiçlə isə 2003-cü ilin Dunay çayında gəmi səyahəti zamanı tanış olub. Matteusu arzulanan həyat yoldaşı hesab edən Mariananın ondan üç uşağı var.