“Simurq” rəhbərliyi qapıçını çətin vəziyyətə salıb
06.01.2010 - 11:58
“Mənimlə maraqlanan klublar var, 1-2 təklif almışam. Ancaq yeni komanda ilə müqavilə imzalaya bilmirəm. Çünki “Simurq” transfer vərəqəmi vermir. Çıxılmaz vəziyyətdə qalmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un sabiq qapıçısı Rauf Mehdiyev deyib.
33 yaşlı futbolçu bildirib ki, Zaqatala klubunun rəsmiləri onun məsələsinə biganə yanaşırlar: “Simurq” rəhbərliyinə müraciət etsəm də, hələlik qarşı tərəf mənim məsələmə biganə yanaşır. Daha bir neçə gün gözləməyə məcburam. İnşallah, yaxşı olar. Ümid edirəm ki, yanvarın 10-dək “Simurq” rəsmiləri transfer vərəqəmi verəcək və mən də yeni klubla müqavilə imzalayacağam”.
Ancaq Mehdiyev konkret hansı komandadan təklif aldığını açıqlamayıb: “İndi ad çəkməyim düzgün olmaz. Çünki hələ ortada konkret bir şey yoxdur. Transfer vərəqəmi aldıqdan sonra yeni klubumun adını açıqlayacağam”.
Xatırladaq ki, “Simurq” rəhbərliyi klubun konsepsiyasına, ənənələrinə və məqsədlərinə uyğun hərəkətlər etmədiyini əsas gətirərək, 2009-cu ilin oktyabrında Raufu heyətdən uzaqlaşdırıb. Mehdiyev Zaqatala komandasına ötən ilin yayında “Olimpik-Şüvəlan”dan keçsə də, yeni klubunda Unibank Premyer Liqasında debüt edə bilməyib.

0
0