Azərbaycan yığmasına qarşı 14 nəfər
06.01.2010 - 12:07
Azərbaycan yığmasına qarşı 14 nəfər
Avropa çempionatının final mərhələsində Azərbaycan futzal yığması ilə eyni qrupda yer alan Çexiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Tomaş Noymann turnirə aparacağı 14 nəfərlik heyəti müəyyənləşdirib. Yanvarın 19-da start götürəcək birinciliyə 2-si qapıçı olmaqla 14 futzalçı ilə gedəcək Çexiya millisinə Polşa və Slovakiya klublarından da oyunçu dəvət olunub.

Qapıçılar: Libor Qerçak (“Neyjbax”), Tomaş Meller (“QRA-PAK”)

Oyunçular: Mihal Beley, Vit Blajey, Yozef Xavel (hər ikisi “Tanqo”), Martin Dlouxi (“Baltikflora”), Devid Friç, Zdenek Slama (hər ikisi “Slov-Matik”, Slovakiya), Yan Yanovski, İrji Novotnı (hər ikisi “Nova Katovitse”, Polşa), Marek Kopetski, Radovan Kroulik, Lukaş Reşetar (hamısı “QRA-PAK”), Radek Polaşek (“Rekord Byalsko-Byala”, Polşa).

Qeyd edək ki, çexlərin Budapeştdəki ilk oyunu yanvarın 21-də yığmamıza qarşı olacaq.