Fernando Peres: Bakı küçələrində hamı mənə heyrətlə baxırdı
06.01.2010 - 15:21
“Bakı” klubunun sabiq futbolçusu Fernando Peres Azərbaycanda başına gələn maraqlı hadisələri unuda bilmir. Apasport.az saytının məlumatına görə, hazırda vətənində olan 29 yaşlı argentinalı hücumçu verdiyi müsahibədə ölkəmizdəki xatirələrini açıqlayıb.
Azərbaycanda futboldan kənar həyata alışmağın çətinliyini vurğulayan Fernando xanımı ilə birgə üzləşdiyi problemlərdən danışıb: “Azərbaycanda həyat qəribə və çətin idi. Orada boş vaxtları dostlarınla keçirməli olursan. Əyləncə üçün bundan artığını edə bilmirsən. Orada mühafizəkar xanımlar uzun paltarlar geyinir. Lakin bu hamıya aid deyil. Bu səbəbdən xanımım da ciddi problem yaşamadı. Küçələrdə kim nə istəsə geyinə bilər. Əlbəttə ki, hamı belə geyinənlərə baxır”.
Fernando başına gələn hadisələrdən birini isə heç unuda bilmir: “Bir dəfə öz başıma da belə hadisə gəlib. Hava çox isti idi. Mən də kapri – qısa şalvar geyib şəhərə çıxdım. Hamı dayanıb heyrətlə məni süzürdü. Hətta avtomobillərini saxlayıb mənə tamaşa edənlər də var idi. Bu hal məni də güldürdü. Həmin vaxtdan belə geyimdə çölə çıxmırdım”.
Peres Bakıda yaxşıca döyülməkdən güclə yaxa qurtardığını da etiraf edib: “Bir dəfə döyüləcəkdim. Çimərlikdən zala qayıdırdım. Köynəyim toza bulaşdığından onu çıxarıb çırpmalı oldum. Yaxından bir oğlan bacısı ilə keçirdi. O, üstümə cumub hörmətsizlik etdiyimi dedi. Çox hirsli idi. Mənimlə dalaşmaq istəyirdi”.
Fernando onunla birlikdə “Bakı”da çıxış edən braziliyalılara baxanda təsəlli tapdığını bildirib: Komandamızda çoxlu braziliyalılar var idi. Onlar mənimlə müqayisədə daha çox darıxırdılar. Çünki braziliyalılar Argentina ilə müqayisədə daha liberal olan Rio-de-Janeyroya öyrəşmişdilər”.
Qeyd edək ki, Peres 5 ilə yaxın çıxış etdiyi “Bakı”dan cari mövsümdə öz istəyi ilə gedib. O, iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunu qazanıb.

0
0