“Turan”ın sabiq baş məşqçisi: Erməni mənə yalnız kömək edəcək....
06.01.2010 - 16:33
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy erməni köməkçisindən çəkinmir. Apasport.az saytının məlumatına görə, 52 yaşlı türkiyəli mütəxəssis yaxın vaxtlarda baş məşqçi təyin olundu Plovdivin “Lokomotiv” klubunda Edvard Eranosyanla çiyin-çiyinə çalışmalı olacaq.
Bolqarıstanda çoxları belə hesab edir ki, Şensoyu təyinatı müvəqqəti variantdır və vəzifəsindən çıxarılandan dərhal sonra erməni onun yerinə keçəcək. Amma bundan narahat olmayan “Turan”ın sabiq baş məşqçisi ermənin onun necə deyərlər, “torbasını tikməyəcəyini” düşünür: “Lokomotiv”ə rəhbərlik etmək təklifini alanda, kömək etmək üçün gələcəyimi dedim. Yəni, nəyin bahasına olursa-olsun, baş məşqçi postunu tutmaq istəmirdim. Klub prezidenti Koko Dinev sözünə əməl edərək, məni bu vəzifəyə təyin etdi. Vaxtilə bolqar Emil Kostadinovla birgə “Fənərbaxça”da oynayan menecerim Saffet Sancaqlı öz işini çox yaxşı görür. Digər variantlarım da var. O, mənə bir neçə təkliflər edib. Nə etdiyini başa düşürəm. Əminəm ki, heç vaxt küçədə qalmaram. “Mən” sözündən nifrət edirəm. Çalışıram ki, köməkçilərlə yaxşı ünsiyyətdə olum. Ancaq sözsüz ki, onların mənə badalaq vurmasına, onlara aid olmayan işlərə müdaxilə etmələrinə imkan vermərəm. Biz ilk növbədə bir komandayıq. Bu, hər şey öndə durmalıdır. Hərə cavabdeh olduğu işlə məşğul olmalıdır. Əminəm ki, Eranosyan və digər köməkçilərim mənə yalnız kömək edəcək, daha əngəl olmayacaq”.
Qeyd edək ki, iki müxtəlif vaxtda “Turan”ın çalışdıran Şensoy ölkəmizdə işləyən ilk əcnəbi mütəxəssis olub.

0
0