Milli komandamız Türkiyəyə məğlub oldu - YENİLƏNİB
06.01.2010 - 19:05
Bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq turnirdə ikinci turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası günün üçüncü qarşılaşmasında Türkiyə yığması ilə üz-üzə gələcək.
B qrupunda mübarizə aparan Bernard Lippertin yetirmələri Rusiyanın Sankt-Peterburq şəhərindəki ikinci matçında qələbə qazanmalıdır. Heç-heçə millinin turniri qalib kimi tərk etmək şanslarını minimuma, məğlubiyyət isə sıfıra endirəcək. Yarışın əsasnaməsinə görə, qruplarda müvafiq olaraq eyni yerləri tutan komandalar finalda görüşəcək.
Günün ilk matçında Finlandiyanı 1:0 hesabı ilə məğlub edən Ukrayna hələlik B qrupunda liderliyi ələ aldığından, həm Türkiyə, həm də Azərbaycan slavyanlara mane olmağa çalışacaq.
Qeyd edək ki, 1978-88-ci illərdə “Trabzonspor”, 1988-94-cü illərdə “Fənərbaxça”da çıxış etmiş Şenol Ustaömərin sərəncamında İstanbul nəhənglərinin 13 yetirməsi var. Belə ki Rusiyaya gələn Türkiyə yığmasının 17 futbolçudan 8-i “Fənərbaxça”, 4-ü “Beşiktaş”, 1-i “Qalatasaray”ı təmsil edir.
6 yanvar
17:00. Azərbaycan – Türkiyə - 1:2

1 | Türkiyə | 2 | 2 | 0 | 0 | 4-2 | 6 |
2 | Ukrayna | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
3 | Azərbaycan | 2 | 0 | 1 | 1 | 2-3 | 1 |
4 | Finlandiya | 2 | 0 | 0 | 2 | 1-3 | 0 |
0
0