“Olimpik-Şüvəlan” üçün 4 rəqib
06.01.2010 - 18:06
“Olimpik-Şüvəlan” üçün 4 rəqib
Bakının “Olimpik-Şüvəlan” klubunun Türkiyə toplanışında keçirəcəyi oyunların vaxtı və rəqiblərin siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanovun yetirmələri yanvarın 17-də baş tutacaq ilk sınaq matçında Qazaxıstanın "Tobol" klubu ilə qarşılaşacaq.

Ayın 20-də isə Koreyanın "Diaqu" klubu ilə üz-üzə gələcək paytaxt təmsilçisi 3 gün sonra Ukrayna “Tavriya”sı ilə görüşəcək. “Olimpik-Şüvəlan” Antalyadakı son matçını yanvarın 26-da keçirəcək ki, bu dəfəki rəqib Rumıniya təmsilçisi “İnternasıonal” olacaq.

Qeyd edək ki, bakılılar bu matçlara əsasən baxışa dəvət olunan legionerlərlə bağlı qərar verəcək.