Ruslan Abışov yanvarın 11-də cərrah stoluna uzanacaq
07.01.2010 - 11:28
Ruslan Abışov yanvarın 11-də cərrah stoluna uzanacaq
Azərbaycan milli komandasının müdafiəçisi Ruslan Abışov Almaniyaya yollanır. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” klubunda oynayan 23 yaşlı futbolçu Berlin şəhərində cərrahiyə əməliyyatı olunacaq. Ötən ay Unibank Premyer Liqasında “Standard”la oyunda (2:0) zədələnmiş Ruslana aşıq sümüyündə qəlpəli sınıq diaqnozu qoyulub.

Yanvarın 10-da səfərə çıxacaq Ruslan ilk öncə müayinə ediləcək. Bir gün sonra isə futbolçunun üzərində cərrahiyyə əməliyyat aparılması nəzərdə tutulub. Yanvarın 13-də vətənə dönəcək Abışov bərpa prosesi ilə əlaqədar bir müddət yaşıl meydandan kənar qalacaq.