“Bülənt Korkmaz yanlış zamanda yanlış yerdə idi”
07.01.2010 - 14:47
“İndiyədək mənimlə oynamış ən yaxşı müdafiəçi Bülənt Korkmaz olub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” klubunun sabiq qapıçısı Fərid Mondraqon deyib.
Karyerasını Almaniyanın “Köln” komandasında davam etdirən 37 yaşlı futbolçu Türkiyə mətbuatına verdiyi müsahibədə keçmiş klubunu yada salıb. “Fənərbaxça” ilə səfər oyunlarının acısını (6 matçda 16 qol buraxıb) hələ də unutmayan “Mondi” ləqəbli kolumbiyalı “Bakı”nın baş məşqçisi Bülənt Korkmazı da xatırlayıb. O, sabiq komanda yoldaşının “Qalatasaray”da məşqçi kimi uzun müddət çalışa bilməməsi barədə tənqidi fikirlər söyləyib: “Çox əla futbolçu idi. Amma “Qalatasaray”dakı baş məşqçilik macərası qısa oldu. Bunun səbəbi vaxtsız gəlməsi idi. Yanlış zamanda yanlış yerdə idi”.

0
0