Milli komandanın baş məşqçisi istefa verdi
07.01.2010 - 14:56
Çernoqoriya milli komandasının baş məşqçisi Zoran Filipoviç istefa verib. Apasport.az saytının məlumatına görə, Filipoviç Çernoqoriya Futbol Assosiasiyası (ÇFA) ilə bağladığı müqavilənin müddətini uzatmağı lazım bilməyib.
Elə ÇFA da yeni baş məşqçi ilə işləməyi üstün tutub. Hər halda, qurumun prezidenti Deyan Saviçeviç Filipoviçə minnətdarlıq etməklə yanaşı, yeni çalışdırıcısı ilə işləməyi arzuladığını gizlətməyib: “Filipoviş əla iş gördü. O, komanda qurdu və böyük ruh yüksəkliyi ilə işlədi. Ancaq bizə yeni nəsə lazımdır. Dəyişikliklər etməyimiz vacibdir”.

0
0