Elxan Məmmədov: Bu yarış milli komandamızın oyun təcrübəsinə müsbət təsir edəcək
07.01.2010 - 15:45
“Bildiyiniz kimi, yığmamız artıq ikinci ildir ki, belə bir səviyyəli beynəlxalq turnirdə iştirak edir. Turnirdə iştirakımızla bağlı ötənilki müraciətimizi müsbət cavablandıran təşkilatçılar bu il də bizə lazımi şərait yaratdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət milli komandamızın (U-19) Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXII beynəlxalq turnirdə iştirakına münasibət bildirərkən deyib.
Assosiasiya rəsmisi U-19-un bu yarışda çıxışını peşəkarlığın və oyun təcrübəsinin artırılması baxımından yüksək qiymətləndirib: “Yaradılan şəraitə görə, təşkilatçılara dərin minnətdarlığımızı bildiririk. Ümid edirik ki, turnir Avropa çempionatının elit-raundunda mübarizə aparacaq komandamızın əzmkar oyun nümayiş etdirməsinə müsbət təsir göstərəcək”.
Qeyd edək ki, yığmamız xatirə turnirinin ilk iki turunda Ukrayna (1:1) və Türkiyə (1:2) ilə qarşılaşıb. Hazırda 1 xalla 3-cü pillədə qərarlaşan U-19 sabah qrup mərhələsində sonuncu matçını Finlandiyaya qarşı keçirəcək.

0
0