“Çelsi” Çempionlar Liqasına buraxılmaya bilər
07.01.2010 - 15:51
İngiltərənin “Çelsi” və “Mançester Siti” klubları böyük maliyyə itkiləri ilə əlaqədar futbol üzrə növbəti Çempionlar Liqası turnirlərindən kənarlaşdırıla bilərlər. Lent.az-ın “The Guardian”a istinadən verdiyi məlumata görə, UEFA hazırda qaydalar paketi hazırlayır.
Həmin qaydalara əsasən, Çempionlar Liqasına yalnız uzun müddət ciddi ziyanla üzləşməyən klublar buraxılacaqlar. “Maliyyə fair-play”i adlanacaq qaydalar klubların uyğunlaşmaları üçün 2013-2014-cü il mövsümündən qüvvəyə minəcək. Lakin artıq indidən aydındır ki, Avropanın bir neçə böyük klubu Çempionlar Liqasında yerini itirməmək üçün maliyyə siyasətini dəyişməlidir.

0
0