“Karvan” rəhbərliyi daha bir legionerə qapını göstərdi
07.01.2010 - 15:58
“Komandamızda olan daha bir türkmən futbolçu ilə vidalaşmışıq. Qapıçı Pavel Xarçikin ardınca, müdafiəçi Ömər Berdıyevlə də yollarımızı ayırdıq. Türkmənistan yığmasının da üzvü olan Ömərin gedişini mən istədim”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.
Artıq istirahəti başa vuran “Karvan” hazırlığı bərpa edib. Məşqlərdə yeni futbolçuların olmadığını bildirən Hüseynov türkmənistanlı futbolçularını bir-bir yola salmaqdadır. 45 yaşlı çalışdırıcının sözlərinə görə, Ömər Berdıyevin çıxışı onu qane etməyib: “Ömər “Olimpik-Şüvəlan”a 0:4 hesabı ilə uduzduğumuz oyunda birbaşa qırmızı almaqla, bizi çətin vəziyyətə salmışdı. Biz bir sıra ölkələrdən legionerlərin yolunu gözləyirik. Onları baxışdan keçirəndən sonra qərar verəcəyik. Hələlik yalnız bir legioner transfer etmişik. Müqavilə bağladığımız özbək müdafiəçi Murad Hamroyev sabah düşərgəmizə gələcək”.
Qeyd edək ki, 36 yaşlı Xarçik də milli komandasının üzvü olub. Onunla yanaşı, 31 yaşlı Ömər ötən yay “Karvan”a transfer olunmuşdu.

0
0