Yunis Hüseynov: “İnter”in futbolçuları ilə danışılar aparırıq
07.01.2010 - 16:12
Yevlaxın “Karvan” klubu “İnter”in transferə çıxardığı futbolçulara göz dikib. Bu barədə apasport.az saytına Yevlax təmsilçisinin baş məşqçisi Yunis Hüseynov məlumat verib. Onun sözlərinə görə, müdafiəçi Əliyar İsmayılovla hücumçu Xaqani Məmmədovu sərəncamında görmək istəyir.
“Əliyar və Xaqani ilə maraqlanırıq. Onlar komandamıza keçidi ilə bağlı danışıqlar gedir. Həftəsonuna kimi məsələyə aydınlıq gəlməlidir. Hər iki futbolçunu icarəyə götürməyə çalışacağıq. Ancaq Xəyal Mustafayevin “Karvan”a keçidi variantı yoxdur. Bildiyimə görə, “İnter”də qalır. Maraq dairəmizdə öz klubları ilə müqaviləsi olan başqa futbolçular da var. Onların taleyinə yanvarın 12-də tam aydınlıq gəlməlidir”.
Qeyd edək ki, Əliyar “İnter”in kapitanı olub, Xaqani isə bu komandanın heyətində çempion olduqları mövsümdə (2007/08) Premyer Liqamızın bombardiri olub.

0
0