AFFA əməkdaşından Xaqani Məmmədova sərt ittihamlar!
07.01.2010 - 16:36
“Hakimlik 3 nəfərin – Xaqani Məmmədov, Gülağa Cabbarov və Əli Hüseynovun inhisarındadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri hakim-inspektor Azad Feyzullayev deyib.
Azərbaycan futbolunun veteranı ölkədəki hakimliyin problemlərinin əsas mənbəyini açıqlayıb: “Komitə sədri Gülağa idi. O getdi Əli gəldi, Əlini çıxardılar Xaqani gəldi. Məmmədov da getsə, yenə Hüseynovu gətirəcəklər. Bunlar bir adamdırlar. Üstəlik, güclü adamları da var. A kişi, Xaqaninin özünün heç hakimlik dərəcəsi də yoxdur”.
Feyzullayev Hakimlər Komitəsinin hazırkı rəhbəri Məmmədovun öz adamını necə “qoruduğunu” da gizlətməyib: “Əvəzedicilərin çempionatında “İnter”lə “Qarabağ” görüşürdü. Mən hakim-inspektor idim, qarşılaşmanı isə Xaqaninin yaxın adamı – Elnur Muradov idarə edirdi. Elnur oyunun sonuna yaxın kobud səhvə yol verdi. Buna görə ona 6 bal verməli idim, lakin 8 yazmaq istədim və bunu onlara bildirdim. Dedi ki, 8 yazma, ya 7,9, ya da 8,1 yaz, standart olmasın. Qəsdən elan elədim ki, hamınıza 8,1 yazmışam. Elə yanımda durub Xaqaniyə zəng vurdu ki, hər şey əladır. Bilirdim ki, yanlış qiymətləndirməyə görə 1 ay cəza gözləyir. Məni cəzalandırdılar, Muradov isə növbəti turda da təyinat aldı”.
1962-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında çalışan mütəxəssis futbolumuzdakı rüşvət faktının varlığını da təsdiqləyib: “Hakimlər əvvəllər rüşvət alırdılar. İndi də öz işlərindədirlər. Konkret misal çəkim. Bir dəfə AFFA-ya getmişdim. Xaqani, Gülağa, adını xatırlamadığım hakim-inspektor, bir hakim və mən oturmuşduq otaqda. Birdən Orucəli Durmuşov içəri girdi. Üzünü həmin hakimə tutaraq dedi ki, “ayə “suka” özün rüşvət alırsan, oğlumun adını niyə çəkirsən? Məşqçiyə zəng vurdum, deyir oğlunu neyləyirəm, baş hakimin özü ilə danışmışam. Sonra da gəlib burda sukalıq edirsən?” Orucəlinin hay-küyündən sonra o, Hacıəlidir – nədir otaqdan çıxdı. Sonra bilirsiniz nə oldu? Həmin hakim növbəti turda təyinat aldı. Bunlarda nə abır var, nə də həya. Utanmırlar, mənə zəng vururlar ki, filankəsin qiymətini düzəlt”.
Qeyd edək ki, Azərbaycan çempionatının oyunlarına təyinat alan Hacıəli adlı hakim Hacıəli Ağayevdir.
Mənbə: “Futbol+” qəzeti

0
0